Səngər Qala Resort-Qax İlisuda unudulmaz tətil və rahat otel təcrübəsi

About hotel image

Səngər Qala Resort, Qax şəhəri, İlisu kəndinin mərkəzində yerləşən müasir oteldir və qonaqlarına komfortlu, lüks və unudulmaz bir istirahət təcrübəsi təqdim edir. Həm iş, həm də istirahət məqsədli qalmaq üçün ideal şərait yaradan otelimizdə, qonaqların ehtiyaclarına uyğun hazırlanmış zərif və müasir otaqlar mövcuddur.

Otelimizdəki spa bölməsi, türk və rus hamamı, jakuzi, qapalı hovuzlar vasitəsilə günün yorğunluğunu ata, bədəninizi və zehninizi yeniləyə bilərsiniz. Bundan əlavə, duz otağı və xüsusi masaj seansları sağlam və rahatlaşdırıcı istirahət imkanı təmin edir.

Yemək həvəskarları üçün otelimizdə xüsusi hazırlanmış restoran və kafe xidmətləri də mövcuddur. Yerli və beynəlxalq mətbəxlərdən seçilmiş ləzzətlər, təzə və keyfiyyətli inqrediyentlərlə qonaqların zövqünə təqdim edilir.

Səngər Qala Resort, qonaqlarına yalnız qalmaq üçün yox, həm də unudulmaz bir təcrübə yaşatmaq məqsədi güdür. Peşəkar və mehriban personalımız hər zaman qonaqlarımızın rahatlığı və məmnuniyyəti üçün xidmət göstərir.

Səngər Qala Resort, sakit, təhlükəsiz və xoş bir istirahət axtaran hər kəs üçün mükəmməl seçimdir. Siz də komfort və lüksü bir yerdə yaşamaq üçün otelimizdəki unikal təcrübəni kəşf edin.

Təqdimatlar

Yaşayış qaydaları

Əlimizdən gələni edərək qonaqlarımıza son dərəcə təmiz, təhlükəsiz və səmimi bir qalma təcrübəsi təqdim etməyə çalışırıq. Bu otel qaydaları, qonaqlarımızın təhlükəsiz və xoş qalma təcrübəsi yaşaması və Səngər Qala ilə qonaqlar arasında qarşılıqlı anlayışın təmin edilməsi məqsədilə hazırlanmışdır.

Giriş saatı 14:00
Çıxış saatı 12:00
Rezervasiyanın ləğvi

Onlayn edilən rezervasiyalar Rezervasiyanın Təsdiq e-poçtunda göstərilən "rezervasiyanı Ləğv et" linki vasitəsilə pulsuz ləğv edilə bilər.

Qaydalar və şərtlər

Onlayn edilən rezervasiyalar elektron rezervasiya təsdiqində göstərilən "rezervasiyanı Ləğv et" linki vasitəsilə pulsuz ləğv edilə bilər